Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Hadisə

Bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 25-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında dağlıq rayonların magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 m-dək məhdudlaşacağı ehtimal olunur.