Azərbaycanda çağırışa gedən ambulans aşdı
- 18-05-2023, 10:59
- 445
Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
İlkin məlumata görə, ambulans Masallı Bioloji Təbabət Klinikasına aiddir.
Məsələ ilə bağlı Masallı Bioloji Təbabət Klinikası ilə əlaqə saxladıq. Klinikadan Oxu.Az-a bildirilib ki, hadisə dünən Masallıda baş verib:
“Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı ambulansda pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.