Bakıda 36 yaşlı turist qəfil öldü
- 6-05-2023, 13:27
- 508
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Azərbaycana turist kimi gəlmiş Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Boljinder Singhin səhhəti qəfil pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq B.Singh vəfat edib.
Faktla bağlı araşdırma aparılır.