Abşeronda iki azyaşlı bacını maşın vurdu
- 9-04-2023, 18:20
- 599
Xalqxeber.az Report-a istinadla xəbər verir ki, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.
Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.