Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var

Hadisə

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.

Xalqxeber.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.

Digər qadın ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.