DİN bugünkü atışma ilə bağlı yeni məlumat yaydı

Hadisə

Daxili İşlər Nazirliyi bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb:

“Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. 

Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. 
Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”.