Rusiyada "qanuni oğru" həbs edildi
- 1-03-2023, 10:47
- 553
Xalqxeber.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Cinayət aləmində ən yüksək vəzifə tutma” maddəsi ilə təqsirli bilinib.
"17 ildən artıqdır ki, o, Rusiyanın cənubunda, o cümlədən Stavropol diyarında fəaliyyət göstərən kriminal elementlərə rəhbərlik edib və dəfələrlə kriminal mühitdə maliyyə və digər münaqişələrin həllində iştirak edib", - KİV yazıb.
Bildirilir ki, məhkəmə qanuni oğrunu 100 min rubl cərimə və 1,5 il azadlığın məhdudlaşdırılması ilə ciddi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib.