Bakıda kişi betonun altında qalaraq öldü
- 21-02-2023, 13:17
- 641
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Nardaran qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1979-cu il təvəllüdlü Səftər Dadaşovun üzərinə beton plitə düşüb.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Səftər Dadaşovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.