“Buta Palace” restoranda bıçaqlanma oldu

Hadisə

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bıçaqlanma “Buta Palace” restoranında baş verib.

İnsident nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Musa Azər oğlu bıçaqlanıb. Qarın nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.