Türkiyədəki zəlzələdə ölən azərbaycanlıların sayı 6-ya çatıb
- 14-02-2023, 21:56
- 359
Bu barədə XİN məlumat yayıb.
Qeyd olunub ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.
"Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb. Allah rəhmət eləsin!", - deyə nazirlikdən bildirilib.