Bakıda YPX əməkdaşını avtomobil vurub

Hadisə

Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşını avtomobil vuraraq xəsarət yetirib.

Xalqxeber.az report-a istinadən xəbər verir ki, paytaxt ərazisində avtomobil 1987-ci il təvəllüdlü İsmayılov Elşad Səfər oğlunun xidmət zamanı ayağının üzərindən keçib.

Xəsarət alan polis əməkdaşı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.