Dəhşətli qəzada ölənlərin adları

Hadisə

 
Yevlax-Ağdam-Laçın yolunun 38 km-də baş verən dəhşətli yol qəzasında ölənlərin adları açıqlanıb.

Bunlar 1988-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlu, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlu, 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu və 1988-ci il təvəllüdlü Baxşaliyeva Məfdunə Məhərrəm qızıdır.

TƏBİB-dən “Qafqazinfo”ya yaralıların durumu ilə bağlı da məlumat verilib. 

Qeyd olunub ki, yaralanan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həkimlərin səyinə baxmayaraq, onlardan vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib.

Hazırda bir nəfərin müalicəsinə davam edilir. Onun əziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə "Niva" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.