Göyçayda qəza - Piyada öldü
- 15-01-2023, 14:40
- 563
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.