Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub, silahı əlindən alınıb
- 21-06-2017, 13:07
- 56 092
Səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb.
Hazırda hüquq-mühafizə orqanlarını əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.