Bəyaz Cabbarovun qətlinə görə tutulanların kimliyi məlum oldu
- 12-01-2023, 11:23
- 368
“Qafqazinfo” qətli törədən şəxslərin kimliyi ilə bağlı məlumat əldə edib.
Məlumata görə, onu 3 nəfər birləşərək qətlə yetiriblər. Həmin şəxslər 30 yaşlı Daşqın Xəlilov, 18 yaşlı Fəxri Allahverdiyev və 17 yaşlı R.M. - dir.
Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxslərdən ikisi - D.Xəlilov və R.M. artıq tutulub. F.Allahverdiyevin axtarışları isə davam etdirir.
Qeyd edək ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.