Abşeronda bacanaqların davası qanla bitdi

Hadisə

Masazır qəsəbəsində qohumlar arasında dava düşüb.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hüseynov Əmir Bəhruz oğlunun bacanağı ilə mübahisəsi davaya çevrilib.

Dava zamanı Ə.Hüseynov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır