Azərbaycanda polis qəzada ÖLDÜ

Hadisə

 
Ağstafada minik maşını ağaca çırpılıb,sürücü ölüb.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən   keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb. Qeyd edək ki, ölən sürücü Qazax Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı polis leytenantı Aqil Alıyevdir.

Faktla bağlı araşdırma aparılır.