Mina azərbaycanlının əlində partladı - Sərhəddə partlayış

Hadisə

Türkiyə-İran sərhədində minaların təmizlənməsi prosesi zamanı partlayış olub. Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışda 2 işçi yaralanıb.

Hadisə bu gün səhər saatlarında Kiçik Ağrı dağının ətəyində baş verib. Sərhədə yerləşdirilən minaları təmizləyən iki azərbaycanlı işçi – 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minaları təhlükəsiz sahəyə götürərkən partlayış baş verib.

Əlində mina partlayan Razi Aslanov əlləri və gözündən, Ruslan Abışov isə ayaqları və bədəninin müxtəlif nahiyələrindən yaralanıb.

Iğdır Dövlət Xəstəxanasına yerləşdirilən yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.