Bakıda 18 və 20 yaşlı qızlar itkin düşüb
- 19-06-2017, 17:45
- 58 554
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Səlimə Almazovanın (adlar şərtidir) valideynləri polisə müraciət edərək onun itkin düşməsi barədə məlumat veriblər. Bundan başqa, Xətai rayonu, Əbilov küçəsində yaşayan 1997-ci il təvəllüdlü İlhamə Məmmədlinin də itkin düşməsi ilə bağlı polisə müraciət edilib.
Hər iki qızın xarakterik əlamətləri və fotoları polisə təqdim edilib. Axtarış tədbirləri həyata keçirilir.