Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB
- 6-12-2022, 09:55
- 538
Hadisə rayonun Səttarxan küçəsində yerləşən evlərin birində qeydə alınlıb.
Belə ki, 1987-ci il təvəllüdlü Qədirova Günel Habil qızı, onun övladı, 2005-ci il təvəllüdlü Zeynalova Güllü Rac qızı, gəlinləri - 1991-ci il təvəllüdlü Qədirova Sevinc Nurəddin qızı və onun övladı, 2011-ci il təvəllüdlü Qədirli Leyla Ayaz qızı yaşadıqları evdə yanan qaz sobasının tüstüsündən zəhərləndikləri üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Hazırda onların səhhətləri normaldır. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.