Bakıda 39 yaşlı kişi BIÇAQLANDI
- 20-11-2022, 14:40
- 554
Bakıxanov qəsəbəsində 1983-cü il təvəllüdlü Kərimov Şahid Səxavət oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.