Azərbaycanlı bankirin azyaşlı oğlu Türkiyədə vəfat etdi

Hadisə

Müalicə olunmaq üçün Türkiyəyə aparılan azyaşlı vəfat edib.
Qafqazinfo xəbər verir ki, leykozdan əziyyət çəkən Eldar Əhmədov Türkiyədə dünyasını dəyişib. Onun nəşi noyabrın 5-də Bakıya gətirilib və dəfn edilib.
Qeyd edək ki, mərhumun atası Paşa Əhmədov baklardan birində şöbə rəisi vəzifəsində çalışır.