Qız anasının pulunu və qızılını oğurladı
- 16-06-2017, 12:57
- 110 817
Daxili İşlər Nazirliyinə istinadən verdiyimiz xəbərə görə, aprelin 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.