TƏBİB-dən poliklinikanın tavanının çökməsi ilə bağlı AÇIQLAMA

Hadisə

 
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, işçilər təhlükəsiz şəkildə təxliyə olunub.

"Hadisənin baş vermə səbəbi araşdırılır.  Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir", - deyə məlumatda qeyd olunub.