Bakıda 15 yaşlı qız itkin düşdü

Hadisə

 
Bakıda 15 yaşlı qız itkin düşüb.

Hadisə oktyabrın 18-də paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Xədicə Emin qızının saat 07 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.