17 yaşlı oğlan çayxanada qəfil öldü - Foto

Hadisə

Mingəçevirdə 17 yaşlı oğlan qəfil vəfat edib.

Şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Məmmədov şəhər ərazisindəki çayxanada olarkən halı qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

İlkin məlumata görə, Cavid beyninə qansızması səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.