Bakı-Sumqayıt yolunda dəhşətli “Prius” qəzası: Ölənlər var
- 19-09-2022, 11:09
- 539
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.
Qəza nəticəsində “Prius”un sürücüsü və sərnişini vəfat edib.
Faktla bağlı araşdırma aparılır.