Qubada avtomobil aşdı - ölənlər var

Hadisə

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb. 1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.