24 yaşlı qazi vəfat etdi
- 24-08-2022, 13:04
- 694
Azərbaycanda qazi dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, Laçın rayonunun Qarakeçdi kənd sakini olan Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Şükürov Şahid Manaf oğlu yaşadığı Ağcabədi rayonunda vəfat edib.
Qeyd edək ki, o, Vətən müharibəsinə könüllü yollanıb və ayağından qəlpə yarası alıb.