Samuxda ev yandı - xəsarət alan var

Hadisə

Samuxda evdə yanğın olub.

Aktualtv.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Samux şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik, ümumi sahəsi 250 m² olan birmərtəbəli evin dəhlizinin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.