6 ayda Bakıda 30 quldurluq hadisəsi olub

Hadisə

Bu ilin 6 ayı ərzində Bakıda 30 quldurluq hadisəsi qeydə alınıb.

Bunu bu gün Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.

O bildirib ki, baş verən quldurluq hadisəsinin 97,1 %-nin açılması təmin edilib.

"Müvafiq dövr ərzində ölümlə nəticələnən 100 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrin açılması təmin edilib", - E. Abbasov deyib.