Yeniyetmə dənizdə BATDI
- 17-07-2022, 17:40
- 578
Bu barədə Xalqxeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
"112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 2007-ci il təvəllüdlü Şahbazlı Əmirxan Şahbaz oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.