SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ələt-Astara yolunda ağır qəza, yaralıların sayı 20-yə çatdı - Fotolar+Yenilənib

Ələt-Astara yolunda ağır qəza, yaralıların sayı 20-yə çatdı - Fotolar+Yenilənib

Tarix:

23-06-2022, 20:57

/ 444 dəfə oxundu.
Ələt-Astara yolunda ağır qəza, yaralıların sayı 20-yə çatdı - Fotolar+Yenilənib

 
Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Xalqxeeber.az  “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

Cəlilabad rayon mərkəzi xəstəxanasına 6,  Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib. 

Yaralılara ilkin tibbi yardım göstərilir. 

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir. 
Ələt-Astara yolunda ağır qəza, yaralıların sayı 20-yə çatdı - Fotolar+Yenilənib

Şərhlər

XƏBƏR LENTİ