Köməksiz qalan 6 nəfər xilas edildi
- 1-05-2022, 12:40
- 417
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər, o cümlədən Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində “ВАЗ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Həmçinin, 15.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun meyiti batdığı yerdən təqribən 1 km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.