Bakıda gənc oğlan bıçaqlanıb
- 25-04-2022, 08:40
- 426
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xalqxeber.az APA-ya istinadən bildirir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında baş verib. 2002-ci il təvəllüdlü Xəlilov Xəzri İlqar oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.