Qubadlıda minaya düşənin ayağı amputasiya olundu
- 23-04-2022, 19:00
- 530
Xalqxeber.az Report-a istinadən xəbər verir ki, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Bəybala Cəbrayıl oğlu Nəsibov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.
Qeyd edək ki, B.Nəsibov Qubadlıda avtomobil yolunun tikintisində çalışırmış. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.