Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)

Hadisə

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmova bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 14:05

Bakıda qətl hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.

15 yaşlı oğul küçədə anasını bıçaqla qətlə yetirib.

Qətli törədən şəxs saxlanılıb.