57 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapıldı

Hadisə

Astarada 57 yaşlı kişinin meyiti meşədən tapılıb.

Xalqxeber.az xəbər verir ki, rayonun Maşxan kəndində yerləşən meşəlik ərazidə 1965-ci il təvəllüdlü Natiq Mirzəhəsən oğlu Qasımovun meyiti ağacdan asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.
Kənd sakinlərinin bildirdiyinə görə, mərhum əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.