Bakıda şagird müəllimi döydü

Hadisə

Bakının Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə şagird müəllimi döyərək xəsarət yetirib.

Xalqxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı məktəbdən APA-ya bildirilib ki, məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb. Dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.