Bakıda şadlıq sarayında yanğın OLUB

Hadisə

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxində havatəmizləyici qurğunun mühərriki və içərisində yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, şadlıq sarayı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.