"VAZ" böhrana görə dördgünlük iş rejiminə keçir

Hadisə

 
Rusiyanın "AvtoVAZ" avtomobil şirkəti elektron komponentlərin tədarükündə davam edən böhranla əlaqədar iyunun 6-dan başlayaraq dördgünlük iş rejiminə keçəcək.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu rejimin üç ay müddətində davam etməsi nəzərdə tutulub.

Məlumata əsasən, şirkətin Tolyatti və İjevsk şəhərlərindəki müəssisələrində iş həftəsi azaldılacaq. Bu qərar şirkətin bütün əməkdaşlarına şamil olunacaq.