Bakıda 13 yaşlı qız itkin düşdü
- 11-03-2022, 09:59
- 583
Binəqədi rayonu Gülüstan qəsəbəsində yaşayan Aytən Rəsulova Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla yaşayan 2009-cu il təvəllüdlü qızı Selin İbrahimova ötən gün saat 14 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.(apa)