Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU

Hadisə


Ukraynada daha bir azərbaycanlı həlak olub.

Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev məlumat verib.

O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb".