"Topçu Vüsal" qəzaya DÜŞDÜ - FOTO

Hadisə

Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza  nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.
O, "Unikal"a açıqlamasında məlumatı təsdiqləyib:
"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır".