Xadimə qadının çantasından qızıl oğurladı - Hoteldə
- 22-05-2017, 12:37
- 84 642
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 19-da Gəncə şəhəri ərazisindəki otellərdən birində Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada xadimə işləyən Gəncə şəhər sakini Sevinc Quliyeva saxlanılıb.