Həyat yoldaşı koronavirusdan ölən qadın intihar etdi

Hadisə


Şəmkir rayonunun Şeyidlər kəndində intihar hadisəsi qeydə alınıb.

Xalqxeber.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Telnaz  Alıyeva yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb.

O, həyat yoldaşı bir il öncə koronavirusdan öldüyünə görə psixoloji sarsıntılar keçirərək intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.