Dəm qazından zəhərləndi
- 28-11-2021, 12:20
- 940
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 1987-ci il təvəllüdlü Əhmədova Sevinc Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.