Daşkəsən sakini Kəlbəcərdə minaya düşüb

Hadisə

Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.
Xalqxeber.az-ın Qərb Mərkəzinin məlumatına görə, rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.
O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onun ayağı topuqdan aşağı kəsilib.
Faktla bağlı araşdırmalara başlanılıb.