Xətaidə qazi tikintiyə etiraz olaraq intihara cəhd etdi - FOTO

Hadisə

Bakıda intihara cəhd hadisəsi baş verib.
Hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.
1982-ci il təvəllüdlü Məhərrəmov Orxan Nəbi oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü yerə atmaq istəyib. Əraziyə çağırılan FHN-nin xilasetmə qüvvələri və rayon polis əməkdaşlarının köməkliyi ilə intiharın qarşısı alınıb.
Qeyd edək ki, O. Məhərrəmovun qazi olduğu və ərazidə aparılan tikintiyə etiraz əlaməti olaraq intihara cəhd etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.