Mingəçevirdə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
- 15-06-2021, 16:11
- 786
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yevlax rayonu Tanrıqulular kənd sakini Anar Yusifli saxlanılıb. Soyğunçuluqla ələ keçirdiyi həmin boyunbağı isə ondan maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.